Avqustun 8-də Qazax rayonunun İkinci Şıxlı kəndi yaxınlığında sərhəd zastavasının xidməti ərazisində həyata keçirilmiş tədbirlər nəticəsində 2 nəfərin Gürcüstandan Azərbaycana Kür çayından rezin qayıqla külli miqdarda qaçaqmal keçirməsinin qarşısı alınıb. Sərhəd pozucuları, Azərbaycan vətəndaşları, 1955-ci il təvəllüdlü Mustafayev Şahməddin Arıx oğlu və onun oğlu, 1981-ci il təvəllüdlü Mustafayev Ürfət Şahməddin oğlu saxlanılıb. Onlardan 1 636 ədəd «Nokia-1201» markalı mobil telefon, 240 qutu psixotrop tərkibli dərman preparatları, 206 ədəd araq və kustar üsulla limonad istehsalı üçün külli miqdarda etiketlər, toz halında konsentratlar, limonad şüşələrinin qapaqları aşkarlanaraq götürülüb.
Avqust ayının 31-də isə Cəlilabad rayonunun Gendərə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İrandan Azərbaycana 7 nəfər silahlı şəxsin külli miqdarda narkotik vasitə keçirmək cəhdinin qarşısı alınıb. Sərhəd pozucuları ilə sərhəd naryadı arasında baş vermiş silahlı toqquşma nəticəsində qaçaqmalçılar əllərindəki 11 kq 110 qram narkotik vasitə olan həşişi hadisə yerində ataraq, geriyə, İran ərazisinə qaçmağa müvəffəq olublar.
Hər iki faktla bağlı cinayət işi açılıb. Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Azərbaycan-İran sərhədində atışma olub
Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən cari ilin avqust ayı ərzində Gürcüstan və İranla sərhəddən qaçaqmal keçirilməsinin qarşısı alınıb.




Şərhlər