Gündəm

Azərbaycan etibarlı tərəfdaşdır

NATO-nun baş katibi Azərbaycan-NATO tərəfdaşlığının 15 illiyinə həsr olunmuş konfransa göndərdiyi video çıxışında belə deyib

· Xəbərçi
Azərbaycan etibarlı tərəfdaşdır

"Azərbaycan Avroatlantik məkanda sülhün və təhlükəsizliyin təmin olunmasında maraqlıdır". Bunun  NATO-nun baş katibi Yaap de Xop Sxeffer Bakıda Azərbaycan-NATO tərəfdaşlığının 15 illiyinə həsr olunmuş konfransa göndərdiyi video çıxışında  deyib. Azərbaycan sülhməramlılarının Əfqanıstanda xidmət göstərdiyini xatırladan NATO baş katibi Rəsmi Bakının bu işdə rolunu yüksək qiymətləndirib. O, Azərbaycanı etibarlı tərəfdaş adlandırıb./ANS/

Şərhlər