Azərbaycan Əfqanıstan XİN-ə nota göndrib
10 İyul 2011 Bazar 18:04
Rəsmi Bakı Kabilin qəzaya uğramış Azərbaycan təyyarəsinin heyət üzvlərinin meyitlərinin tapılmasına kömək etməsini istəyib.
Əfqanıstan ərazisində qəzaya uğramış Azərbaycan təyyarəsinin heyət üzvlərinin meyitlərini Kabilə çatdırılmasına yardım üçün, Azərbaycan Əfqanıstan Xarici İşlər Nazirliyinə nota ilə müraciət edib. “Trend”in məlumatına görə, Azərbaycanın Pakistanda və Əfqanıstandakı səfiri Daşqın Şikarov bildirib ki, Kabilə meyitlərin çatdırılmasına, sonradan qəza səbəblərini müəyyən etmək üçün yaradılmış Azərbaycan komissiya üzvlərinə verilməsi üçün Azərbaycan rəsmi olaraq Əfqanıstanın Xarici İşlər Nazirliyinə nota ilə müraciət edib.
O qeyd edib ki, sonra meyitlər Bakıya çatdırıla bilər. Səfirin sözlərinə görə, Əfqanıstanda Azərbaycan təyyarəsinin qəzaya uğraması səbəblərini müəyyən etmək üçün bu ölkəyə gedən komissiya üzvləri, mürəkkəb vəziyyət səbəbindən qəza ərazisinə çata bilməyiblər. Qəza ərazisində anti-terror əməliyyatları aparıldığına görə, komissiya üzvləri əraziyə gedib çıxa bilməyiblər.
D. Şikarov həmçinin əlavə edib ki, Pakistan səfirliyinin bir əməkdaşı yerli hakimiyyət orqanları ilə axtarış əməliyyatlarını koordinasiya üçün Kabilə ezam edilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: