Azərbaycan dolu dağıdan toplar alacaq
02 İyun 2012 Şənbə 21:29
Hüseynqulu Bağırov: “Meteosistemin yeniləşməsi ilə bağlı dövlət proqramı hazırlanır”.
Buna qədər Bərdə, Tərtər, Ağdam və Qazax rayonlarına güclü dolu yağmışdı. Belə hadisələrin qarşısını maksimum almaq məqsədilə dolu dağıdan toplardan niyə istifadə olunmaması barədə ANS-in sualına ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov belə cavab verib ki, 1990-cı illərdə müharibə zərurəti ilə bu toplar cəbhəyə aparılıb və o vaxtdan geri qaytarılmayıb.
Onun sözlərinə görə, lakin məsələ öyrənilir: “Meteosistemin yeniləşməsi ilə bağlı dövlət proqarımı hazırlanır. Sənəd hazır olanda hökumətə təqdim ediləcək. Yeni sənəd dolu dağıdan topların təzədən alınmasını istisna etmir”.
Lakin nazir deyib ki, ola bilsin, bu toplar Müdafiə Nazirliyinin tərkibində olacaq: “Lakin meteo şəraitin tələblərinə uyğun bilindikdə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi ilə istifadə olunacaq”.
Xatırladaq ki, dolu dağıdan toplardan dolu yağdıracağı ehtimal olunan buludları dağıtmaq məqsədilə istifadə olunur.
DOSTLARINLA PAYLAŞ: