ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç Azərbaycanda diffamasiya haqqında qanunun qəbulunun mümkünlüyünə pozitiv baxır.
APA-nın Astanaya ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, Qazaxıstan paytaxtında mətbuat konfransı keçirən D. Miyatoviç bəzi ölkələr tərəfindən diffamasiyanın kriminal əməl sayılmaması barədə qanun qəbul olunmasını alqışlayaraq Azərbaycanda da bu cür dəyişikliyin baş verməsini mümkün sayıb: “Ümid edirəm ki, Azərbaycan da diffamasiya haqqında qanun qəbul edəcək”.
D. Miyatoviçin fikrincə, bu qanun KİV azadlığının inkişafı üçün vacibdir. Çünki bu halda jurnalistlər öz fəaliyyətinə görə cinayət məsuliyyətinə cəlb edilməyəcəklər. Xüsusi nümayəndə 56 ATƏT ölkəsindən yalnız 11-nin bu qanunu qəbul etdiyini xatırladıb.