Avropa Parlamentinden Ermenistana tepki
13 Avqust 2013 Çərşənbə Axşamı 15:24
İlk addımı Ermenistan atmalıdır, yeni öz ordusunu geri çekmelidir.
“Hələ 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi ilk qətnaməsində Ermənistan ordusunun işğal olunmuş Azərbaycan ərazilərindən çıxması tələb olunurdu. Sonrakı qətnamələrdə də həmişə bu tələb təkrar olunurdu. Buna görə də ilk addımı Ermənistan atmalıdır, yəni öz ordusunu geri çəkməlidir”.
Bu fikirləri Avropa Parlamentinin Mütərəqqi Sosialistlər və Demokratlar Alyansının üzvü, Rumıniyadan olan millət vəkili Katalin Sorin İvan Avropa Azərbaycan Cəmyyətinin (AAC) Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair sorğusuna cavabında deyib. AAC-dan APA-ya verilən məlumata görə, Katalin Sorin İvan bildirib ki, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmağa haqqı var: “BMT qətnamələrində aydın ifadə olunur ki, Dağlıq Qarabağ və yeddi ətraf rayon Azərbaycana məxsusdur. Bu qətnamələrə əməl olunan kimi köçkünlər öz evlərinə qayıda bilərlər. Tərəfdaş dövlətlər bir-birləri ilə dinc və əmin-amanlıq şəraitdə keçinsələr, yalnız o zaman Şərq Tərəfdaşlığı fəaliyyət göstərə bilər. Buna görə də Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda Avropa Qonşuluq Siyasəti üçün böyük bir maneədir. Həm də ermənilər işğal siyasətinə mümkün qədər tez bir zamanda son qoymaqda maraqlı olmalıdırlar.
Baxmayaraq ki, münaqişə edən tərəflərin danışıqlara getmək istəməsi ən vacib məsələdir, amma yenə də hər bir münaqişədə vasitəçilərin də rolu vacibdir. Ermənistanla Azərbaycan hər ikisi ATƏT-in, eləcə də iki dövlət arasındakı mübahisənin həlli üçün yaradılmış Minsk qrupunda eyni şuradadırlar. Bundan başqa Avropa İttifaqının Cənubi Qafqazda xüsusi nümayəndəliyi var. Yeni sülh danışıqlarına başlanılması üçün ən mühüm maraq oyadıcı amil isə Ermənistanın işğal olunmuş ərazilərdən geri çəkilməsini elan etməsi olardı”.
DOSTLARINLA PAYLAŞ: