Avropa Gürcüstana yardım edəcək
24 Yanvar 2011 Bazar Ertəsi 21:00
Avropa Gürcüstana yardım edəcək. Söhbət 18,2 milyon avrodan gedir.
Gürcüstan Avropa Birliyindən 18,2 milyon avro həcmində maliyyə yardımı alacaq. Sənəd Gürcüstan və Avropa Birliyi arasında əməkdaşlıq, eləcə də 2011-cu ilə dair tədbirlər planı çərçivəsində imzalanıb. İmzalanma mərasimində qurumu Avropa Komissiyasının əməkdaşlıq və inkişaf direktorluğunun rəhbəri Markus Kornaro, Gürcüstanı isə baş nazirin müavini Georgi Baramidze təmsil edib.
Qeyd edək ki, Avropa Birliyi Gürcüstana ikinci maliyyə yardımını da təqdim edəcək. Bu sənəd “Tvinq” proqramı və qonşuluq siyasəti hərəkət planının həyata keçirilməsi məqsədi ilə texniki yardımı nəzərdə tutur. Ad çəkilən bu layihəyə qurum 7,2 milyon avro həcmində maliyyə vəsaiti ayıracaq.
Proqramlar 2011-ci ilin yanvar ayının sonlarında həyata keçirilməyə başlanılacaq. Bundan başqa, müxtəlif mərhələlərdə 13 layihə hazırlanacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: