Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 1-də saat 14.40-dan 14.50-dək və 16.40-dan 16.55-dək Ermənistanın İcevan və Berd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax və Tovuz rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini, saat 20.55-dən 21.10-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşilə susdurulub, itki yoxdur./ANSPRESS/