Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 2-də saat 09.15-dən 09.30-dək Tərtər rayonunun Çiləbürt kəndi, saat 12.30-dan 13.35-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
Atəşkəs pozulub
Milli Ordunun mövqeləri iki istiqamətdə atəşə tutulub.




Şərhlər