Atəşfəşanlıq
03 Yanvar 2012 Çərşənbə Axşamı 12:27
Atəşfəşanlıq zamanı partladanlardan biri onun əlini zədələyib.
Xaçmaz rayonunda yeni il gecəsi bədbəxt hadisə baş verib. Yeni ilin gəlişini atəşfəşanlıqla qeyd etmək istəyən Yalama kənd sakini sağ əlindən xəsarət alıb. Xaçmaz rayon mərkəzi xəstəxanasının travmotologiya şöbəsinin müdiri Ağayar Quliyevin ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, 32 yaşlı Elman Əmirxanov sağ əlindən ciddi xəsarət alıb. İlk tibbi yardım göstərilib və onun 3 barmağı amputasiya edilib.

Belə ki, E. Əmirxanov həyətində güclü partlayış qüvvəsinə malik partladandan istifadə edib. Həmin partlayıcılardan biri gözlənilmədən onun sol əlində partlayıb. Ona sol əlin böyük həcmli cırılmış-əzilmiş yarası, 4-cü barmağın tam və 3-cü barmağın düşdöl ucunun travmatik amputasiyası diaqnozu qoyulub.

Ağayar Quliyevin sözlərinə görə, xəstənin halı pis olduğundan Bakıya, Respublika Travmotologiya İnstitutuna göndərilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar