AŞPA və AP müxalifətin iddialarına cavab verib
10 Oktyabr 2013 Cümə Axşamı 14:16
Bu barədə Avropa Parlamenti və AŞ PA-nın Müşahidə Missiyasının prezident seçkilərinin nəticələrinə dair birgə keçirilən birifinqində bildirib.
Avropa Parlamenti və AŞPA nümayəndələri müxalifət düşərgəsinin seçki zamanı saxtakarlıq olunduğu ilə bağlı iddialarına cavab verib. ANS PRESS-in verdiyi məlumata görə, bu barədə AŞPA-nın Xüsusi Komitəsinin seçki müşahidəsi üzrə missiyasının rəhbəri Robert Uolter Avropa Parlamenti və AŞ PA-nın Müşahidə Missiyasının prezident seçkilərinin nəticələrinə dair birgə keçirilən birifinqində bildirib. Onun sözlərinə görə, bu bəyanatın mətni ilə yalnız 3 nəfər tanışdır: “Bunu necə əsassız saya bilərlər? AŞPA demokratik asembliydadır və biz çox sərbəst və azad şəkildə fəaliyyət göstəririk. Hər cəmiyyətdə olduğu kimi Azərbaycanda da bu cür narazılıqların olması normaldır.”
DOSTLARINLA PAYLAŞ: