Araz ƏzimovƏhməd Davudoğlu ilə görüşüb
12 Mart 2011 Şənbə 00:11
Xarici işlər nazirinin müavini Beynəlxalq Strateji Araşdırmalar Mərkəzində çıxış edib
Ankarada işgüzar səfərdə olan Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Araz Əzimovla görüşüb. Görüşdə qardaş ölkələrimizin xarici siyasət idarələri arasında əməkdaşlığın perspektivləri, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həlli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Həmin gün Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı İşık Koşaner də Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovla görüşüb. Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov görüşlərdə iştirak edib.
Araz Əzimovun Türkiyəyə səfəri çərçivəsində Bilkənd Universitetində Azərbaycanın xarici siyasəti və Türkiyə-Azərbaycan əlaqələri ilə bağlı konfrans keçirilib. Konfransda çıxış edən Araz Əzimov xarici siyasətimizin prioritet məsələlərindən, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ probleminin həlli və Türkiyə ilə əməkdaşlıqdan bəhs edib.
Bilkənd Uniuversiteti İdarə Heyətinin sədri Əli Doğramaçı maraqlı məruzəyə görə universitetin professor-müəllim heyəti və tələbələri adından Araz Əzimova təşəkkü edib.
Azərbaycan xarici işlər nazirinin müavini Ankaradakı nüfuzlu “beyin mərkəzlərindən” olan Beynəlxalq Strateji Araşdırmalar Mərkəzində (USAK) ölkəmizin Türkiyədəki səfirliyinin dəstəyi ilə keçirilən konfransda “Azərbaycanın xarici siyasəti: fürsətlər və problemlər” mövzusunda məruzə edib. Konfransda Avropa ölkələrinin Türkiyədə fəaliyyət göstərən diplomatları və jurnalistləri iştirak ediblər.
Nazir müavini A.Əzimov ölkəmizin Avropa və Avratlantik strukturlarına inteqrasiyası, Türkiyə ilə ikitərəfli formatda və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ probleminin həlli və bu münaqişənin regional əməkdaşlığa törətdiyi əngəllər, ölkəmizin fəal iştirakı ilə həyata keçirilən nəhəng iqtisadi layihələrdən ətraflı bəhs edib.
Araz Əzimov konfrans iştirakçılarının suallarını cavablandırıb.
DOSTLARINLA PAYLAŞ: