Antalyaya getmək istəyirsən?
16 İyul 2010 Cümə 16:15
“Unibank” “VİSA günləri” lotereya aksiyasının birinci tirajını keçirib.
“Unibank” iyun ayının 16-dan avqustun 31-dək “VİSA” beynəlxalq ödəniş sisteminin plastik kartlarının bütün sahibləri üçün keçirdiyi “VİSA günləri” lotereya aksiyası çərçivəsində mükafatların birinci tirajını keçirib.
"Unibank"ın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Antalyaya birinci turun sahibi daxil olmaqla, bütün qaliblər iyul ayının 15-də, müstəqil müşahidəçilər, jurnalistlər və bankın müştərilərindən təşkil olunan yeddi nəfərdən ibarət lotereya komissiyasının iştirakı ilə müəyyən ediliblər. Seçim bankın baş ofisində, iyun ayının 16-dan iyulun 14-dək bankomatlar, POS-terminallar və internet vasitəsilə 76 mindən artıq əməliyyat yerinə yetirmiş 1797 “VİSA” kart sahibləri arasında aparılıb. Bu zaman ən azı 20 AZN/USD/EUR/GBP məbləğində olan hər bir əməliyyat “Unibank” tərəfindən uduş üçün bir şans kimi qiymətləndirilib, mükafatların sahibləri isə təsadüfi kompüter seçimi üsulu ilə təyin ediliblər.
İlk növbədə komissiyanın üzvləri “I-pod” musiqi pleyerlərinin üç sahibini müəyyən ediblər. Bunlar- “VİSA” kartlarından fəal surətdə iştifadə edən paytaxt sakinləri R.Qəmbərov, A.Kərimli və Ş.Şükürov olublar. Daha sonra, aksiyanın iştirakçıları arasında üç ədəd rəqəmsal “Canon A490” markalı fotokamera oynanılıb ki, onlar K.Bredliyə, İ.Qurbanovaya və N.Nəsirova nəsib olub.
“VİSA günləri” aksiyasının birinci tirajının nəticələrinə görə, Antalyaya bir həftəlik turun sahibi isə son ay ərzində öz kredit kartı üzrə 77 tranzaksiya yerinə yetirmiş Şəki sakini Ə.Atayev olub. Tirajın yekunları bank tərəfindən kütləvi informasiya vasitələrində dərc ediləcəklər. Azərbaycan Respublikasının Qiymətli kağızlar üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmiş lotereyanın şərtlərinə görə, “VİSA günləri” kampaniyası çərçivəsində mükafatların növbəti tirajı avqust ayının 10-da keçiriləcək.
Xatırladaq ki, lotereya aksiyasında əmək haqqı kartları, habelə Britaniya funtu ilə olan yeni “VİSA” kartları da daxil olmaqla, “Unibank”ın buraxdığı bütün fərdi “VİSA” kartlarının sahibləri, bank əməkdaşlarının kartları istisna olmaqla, iştirak edə bilərlər.
Qeyd edək ki, hər bir plastik kart sahibi “Unibank”da endirimlər klubunun (buraya “Lyuks” ticarət markalı onlarla ticarət və pərakəndə satış məntəqəsi, restoran, gözəllik salonu, ətriyyat və digər mağazalar daxildir) iştirakçısına çevrilir. Bankın güzəşt proqramları, “VİSA günləri” kampaniyasının şərtləri və “Unibank”da plastik kartların sifarişi üzrə əlavə məlumatı (012) 117 nömrəli telefona zəng vurmaqla əldə edə bilərsiniz. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: