"Ankara Azərbaycan Evi"nin təqdimatı olub
22 Avqust 2010 Bazar 14:00
Ankara Azərbaycan Evi təşəbbüsü Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasından gəlib.
Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının təşəbbüsü ilə Ankarada yeni diaspor təşkilatı – “Ankara Azərbaycan Evi”nin təqdimatı olub. Təqdimat mərasimində çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin aparat rəhbəri Nəriman Qurbanov, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar, Türkiyə-Azərbaycan Dərnəyinin sədri Sinan Oğan bildiriblər ki, qardaş ölkədə fəaliyyət göstərən bütün dərnəklər fəaliyyətini birləşdirməli və əlaqələndirməlidir. Onlar Azərbaycan həqiqətlərinin təkcə Türkiyədə deyil, habelə dünyanın müxtəlif ölkələrində təbliği üçün bütün imkanlardan, xüsusilə müasir texnologiyanın nailiyyətlərindən istifadə etməlidir. Həmçinin Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, azərbaycanlıların soyqırımı günü və digər mühüm tədbirlərin Azərbaycanın və Türkiyənin diplomatik nümayəndəlikləri ilə sıx əməkdaşlıq şəraitində keçirilməsi də diaspor təşkilatlarımızın diqqət mərkəzində olmalıdır.
Mərasim iştirakçıları yeni təşkilatın işinə uğurlar diləyib. Qeyd edək ki, yeni təşkilatın sədri Ərdoğan Çeçendir. Federasiyanın təşəbbüsü ilə növbəti təşkilat - “Əskişəhir Azərbaycan Evi”nin də təqdimatı olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: