Anji Kaspşik vəzifəsində qaldı
11 Yanvar 2012 Çərşənbə 20:41
Polşalı deputat növbəti dəfə ATƏT sədrinin şəxsi nümayəndəsi təyin olunub.
ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər və ticarət naziri Eymon Gilmor öz şəxsi və xüsusi nümayəndələrini təyin edib. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikin mandatı növbəti dəfə bir il müddətinə artırılıb.
Qeyd edək ki, A.Kaspşik bu vəzifəni 1997-ci ilin yanvarından icra edir. İrland diplomatı Patrik Mörfi isə ATƏT-in fəaliyyətdə olan yeni sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təyin edilib.
DOSTLARINLA PAYLAŞ: