Angelina Coli erməniləri şoka saldı
16 İyun 2009 Çərşənbə Axşamı 19:25
Angelina Colinin Ermənistanı üçüncü dünya ölkəsi hesab etməsi erməniləri əsəbiləşdirib

 

Məşhur Hollivud aktrisası Angelina Colinin Ermənistandan bir uşağı övladlığa götürmək niyyəti ABŞ-dakı erməni diasporunda böyük bir şok yaradıb. Nyu -Yorkdakı erməni birliyinin nümayəndələri «erməni bir uşaq Ermənistanda böyüməli və tərbiyə edilməlidir»,- deyərək reaksiyalarını dilə gətiriblər.

ANS PRESS-in «Haberler.com»a istinadən verdiyi xəbərə görə, erməni diasporunun nümayəndələri bildirib ki, həmin uşaq ABŞ-da yaşasa, ana dilini və mədəniyyətini unudar: «Xüsusilə uşaqları fərqli millətlərdən olan ailədə böyüsə».

Qeyd edək ki, aktrisanın Ermənistanı dolayısı ilə üçüncü dünya ölkəsi hesab etməsi erməniləri əsəbiləşdirib. Çünki aktrisa bundan əvvəl üçüncü dünya ölkəsi hesab edilən Afrika dövlətləri, Kamboca və Vyetnamdan üç uşağı övladlığa götürüb.

Ermənistanın xəbər saytları isə Colinin menecerinin bununla bağlı şərh verməyə tələsmədiyini yazıb. Menecer sadəcə bildirib ki, aktrisa erməni uşağın Afrika, Kamboca və Vyetnamdan da uşaqların böyüdüyü ailəcə çox asan uyğunlaşa biləcəyini düşünür. «Colinin həyat yoldaşı Bred Pitt isə aktrisanın bu seçimi ilə razi deyil. Çünki o, Hindistandan bir uşağı övladlığa götürmək istəyirdi», - deyə menecer bildirib. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar