Anar Məmmədxanov vəfat edib
24 Aprel 2011 Bazar 02:15
Sabiq millət vəkili Anar Məmmədxanov bu gün saat 15.00-da dəfn ediləcək.
Ötən gün ükrək tutmasından dünyasını dəyişən Anar Məmmədxanov bu gün saat 15.00-da “Qurd qapısı” yaxınlığındakı qəbristanlıqda dəfn ediləcək.

Anar Məmmədxanov 1970-ci il iyulun 20-də Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdi. 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olub Avrasiya Radio və Televiziya Akademiyasının üzvü idi. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, “Bakılı oğlanlar” komandasının kapitanı olmuşdu.

Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdi. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvü idi. Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, Avropa İttifaqı − Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvü olmuşdu.

Evli idi, 3 övladı qalıb.

Allah rəhmət eləsin! ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar