AMİP İctimai Palatadan çıxdı
18 Aprel 2011 Bazar Ertəsi 18:19
“İctimai Palata qarşısına qoyduğu məqsədlərdən yayınaraq, yalnız mitinqlərin keçirilməsi ilə bağlı fəaliyyət göstərir”.
Bu gün Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının növbədənkənar toplantısı keçirilib. AMİP mətbuat xidmətindən verilən məlumata görə, iclasda əsas müzakirə mövzusu partiyanın İctimai Palatada təmsilçiliyi və bundan sonrakı fəaliyyət istiqamətləri olub. Siyasi Şura AMİP-in İctimai Palatada fəaliyyətini dayandırması ilə bağlı qərar verib.

“Partiya olaraq mövqeyimiz hakimiyyətə müxalif olan əksər siyasi partiyaların, ictimai birliklərin, bitərəf ziyalıların birgə fəaliyyətinin təmin olunmasından ibarət olub. Lakin çox təəssüflər olsun ki, keçən müddət ərzində İctimai Palata yarandığı zaman qarşısına qoyduğu məqsədlər istiqamətində fəaliyyətdən yayınaraq, yalnız mitinqlərin keçirilməsi ilə bağlı fəaliyyət göstərib. Nəticədə müxalifətin daha geniş spektrinin bir yerdə olmasının qarşısı alınıb, regional təşkilatlanma işi arxa plana keçirilib, bitərəflərin cəlb olunması istiqamətində əməli fəaliyyət göstərilməyib. Hədəf olaraq ancaq razılaşdırılmamış məkanlarda mitinqlərin keçirilməsi əsas götürülüb”, - deyə AMİP Siyasi Şurasının bəyanatında vurğulanıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar