Amerika keşfiyyatı telefon danışıqlarını izleyir
22 Oktyabr 2013 Çərşənbə Axşamı 13:18
Amerika keşfiyyatının Fransada milyonlarla telefon danışıqlarını izlediyi melum olub.
ABŞ-la Fransa arasında böyük qalmaqalın əsası qoyulub. ANS PRESS-in Fransa mətbuatına istinadən verdiyi məlumata görə, Amerikanın NSA kəşfiyyat idarəsinin milyonlarla Fransız vətəndaşının telefon söhbətlərini və e-mail poçt qutularını izlədiyi məlum olub.

Bu məlumatın ortaya çıxmasından dərhal sonra ABŞ-ın Fransadakı səfiri Çarles Rivkini Xarici İşlər Nazirliyinə çağrılıb və ondan bununla bağlı izahat tələb olunub. Məlumata görə, nazirlikdə aparılan müzakirələrdən sonra səfirin vəziyyəti qəfildən pisləşib və ona ilkin tibbi yardım göstərilib.

Daxili işlər naziri Manuel Vallsın da, bu xəbərin ardından ABŞ hökumətindən məlumat tələb etdiyi bildirilir. Rəsmi Paris bu skandaldan iyul ayında xəbər tutub və dərhal bununla bağlı istintaq əməliyyatları başlanıb.

Fransanın “Le Monde” qəzetinin yaydığı məlumata görə, bir müddət əvvəl Edvard Soudenin Amerika kəşfiyyatının gizli sənədlərini dünya mətbuatına sızdırmasından sonra bu ölkə rəhbərliyi hələ də problemlər məngənəsindədir.

Qəzet yazır ki, ABŞ Milli Təhlükəsizlik Agentliyi keçmiş agentdən aldığı sənədləri ölkənin tanınmış mətbuat orqanlarında çap etdirib. Həmin sənədlərdə göstərilir ki, Amerika kəşfiyyatı bir il ərzində Fransa vətəndaşlarına məxsus 70 milyondan çox telefon danışıqlarına qulaq asıb və özləri üçün lazım olan məlumatları qeyd edib. Dinlənənlər arasında çoxlu sayda iş adamı və dövlət məmurlarının olduğu da bildirilir.

Kəşfiyyat rəhbərliyi, bu dinləmələrdən terrorçuların və cinayətkarların müəyyən olunması üçün istifadə edildiyini iddia edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar