Ağdamda yenidən partlayış səsləri
18 Mart 2010 Cümə Axşamı 18:15
ANAMA 20 ədəd mina döyüş başlığını zərərsizləşdirib
Bu gün Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşları Ağdamda 20 ədəd tank əleyhinə “TM 62” minasının döyüş başlığını zərərsizləşdirib. Döyüş sursatları Ergi düzündə Şuşadan olan məcburi köçkünlərin məskunlaşdıqları ərazidə aşkar olunub. Yerli əhali ANAMA-nın maarifləndirmə zamanı payladığı bröşuralarda gördükləri partlayıcılara oxşar sursatları aşkar etdikdən sonra minaaxtaranlara xəbər veriblər.

“Əvvəlcə 6 ədəd minanın döyüş başlığı aşkar edilsə də, daha sonra ərazini yoxlayarkən 14 ədəd partlayıcı da tapıldı”,-deyə ANAMA-nın əməkdaşı Namiq Balayev bildirib.

Döyüş sursatılarını daşımaq təhlükəli olduğundan onlar yerindəcə partladılaraq zərərsizləşdirilib. ANAMA-nın əməkdaşı Namiq Balayevin sözlərinə görə, döyüş sursatlarının birinci Qarabağ müharibəsindən qaldığı ehtimal olunur. Bu ərazidə ötən il bir nəfər atla minaya düşüb.

Qeyd edək ki, Ergi düzünün bir hissəsi müharibə zamanı ermənilərin işğalına məruz qalıb. Ona görə də bu ərazidə xeyli miqdarda mina və partlamamış döyüş sursatı var. Xatırladaq ki, 4 gün əvvəl də minaaxtaranlar Ergi düzündə 13 ədədə tank əleyhinə mina aşkar edərək zəzrər sizləşdirib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar