Ağdamda 9 mina partladılıb
19 Noyabr 2010 Cümə 14:00
Minaları ANAMA-nın əməkdaşları tapıb
Bu gün Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Mili Agentliyin (ANAMA) nümayəndələri Ağdam rayonunun Ergidüzü adlanan ərazisində Pişiklidərədə 9 ədəd mina aşkar edib. ANAMA-dan ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, minalar artıq zərərsizləşdirilib.

Minalar I Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin hərbi texnikasının hərəkətinin qarşısını almaq üçün basdırılıb.

Qeyd edək ki, aparılan axtarışlar zamanı 2 ay ərzində 3 mina xətti aşkar edilib. Aşkar edilən minalar əsasən TM57 və TM 62 markalardan ibarətdir. Ümumilikdə, Ağdamın cəbhə boyu ərazilərində 57 milyon kvadrat metr ərazi partladılmamış döyüş sursatı və minalar basdırılıb. Son 4 ildə aparılan əməliyyat nəticəsində 5 milyon 500 min kvadrat metr ərazi təmizlənərək əhalinin istifadəsinə verilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar