ABŞ Türkiyəyə xəbərdarlıq edib
23 Avqust 2010 Bazar Ertəsi 12:30
Bəzi türk bank və enerji şirkətləri “qara siyahı”ya düşə bilər.
Birləşmiş Ştatlar Türkiyə hakimiyyətinə İran ilə ticarət əlaqələrini davam etdirən türk şirkətlərinə qarşı iqtisadi qadağaların tətbiq edilə biləcəyinə dair xəbərdarlıq edib. Bu barədə Türkiyənin yerli “Cumhuriyet” qəzeti yazıb.

Qəzetin məlumatına görə, xəbərdarlıq bu yaxınlarda Ankarada səfərdə olan ABŞ Dövlət Departamenti və Maliyyə Nazirliyi rəsmilərindən ibarət nümayəndə heyəti tərəfindən çatdırılıb. “Cumhuriyet” qəzeti yazır ki, xüsusilə də, İranın nüvə layihələrini dəstəkləyən enerji şirkətləri və banklar xəbərdar olunaraq onların “qara siyahıya” salınacağı bildirilib.

Xəbərdarlıq İran ilə Türkiyə arasındakı ticarət əlaqələri həcmində kəskin sıçrayışın olması və Türkiyənin BMT Təhlükəsizlik Şurasının İranın nüvə proqramına qarşı tətbiq etdiyi qadağaları dəstəkləməməsindən sonra edilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar