Gündəm

ABŞ səfirliyi ümidini itirmir

Donald Lu: "Ümid edirik ki, hərbi təlimlər gələcəkdə yenə keçiriləcək".

· Xəbərçi
ABŞ səfirliyi ümidini itirmir
ABŞ-la Azərbaycan arasında çox yüksək səviyyəli əməkdaşlıq var. Bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Donald Lu bəyan edib. Onun sözlərinə görə, ötən il ABŞ-la Azərbaycan arasında yüksək səviyyəli hərbi təlimlər keçirilib: “Ümid edirik ki, bu təlimlər gələcəkdə yenə keçiriləcək”.

Qeyd edək ki, Azərbaycanın ABŞ-la birgə hərbi təlimlərdən birtərəfli qaydada imtina etməsi barədə məlumat yayılıb. Azərbaycan Müdafiə Nazirliyi məlumatı təsdiqləyərək, hərbi təlimlərin təxirə salındığını açıqlayıb.

Səbəblər hələlik açıqlanmır. ANSPRESS

Şərhlər