Bu gün İranın paytaxtı Tehranda 14-cü Beynəlxalq Neft-Qaz Konfransı öz işinə başlayır. Konfransda 13 ölkədən, ABŞ, Almaniya, Rusiya, Kanada və Hollandiya da daxil olmaqla nümayəndə heyəti iştirak edəcək.
ANS PRESS-in “İRİB News”a istinadən yaydığı məlumata görə, adıçəkilən konfrans İranda Neft Sənayesi Elmi-araşdırmalar İnstitutunun yaradılmasının 5 illiyinə həsr olunub. Konfransda neft sənayesində yeni texnologiyaların tədbiqinə aid məsələlər müzakirə olunacaq.
Həmçinin konfrans iştirakçıları arasında neft-qaz sənayesinin elmi araşdırmalar sayəsində əldə olunan son nailiyyətlərlə bağlı fikir mübadiləsi aparılacaq. Konfrans çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə 19 iclas və elmi müşavirə keçiriləcək. Bu tədbirlər isə konfrans bitdikdən sonra bir həftə ərzində baş tutacaq. ANSPRESS
ABŞ mütəxəssisləri İrana gəlib
Onlar Tehranda 14-cü Beynəlxalq Neft-Qaz Konfransında iştirak edəcəklər.




Şərhlər