ABŞ Mübarəkdən nəyi tələb etdi?
02 Fevral 2011 Çərşənbə 01:05
Bu saatlarda Hüsnü Mübarəyin "Əl Ərəbiyyə" telekanalında çıxış etməsi gözlənilir
ABŞ prezidenti Barak Obama Misir prezidenti Hüsnü Mübarəyə mesaj yollayıb. “CNN”-in yaydığı məlumata görə, Obama administrasiyası Hüsnü Mübarəkdən növbəti seçkidə namizəd olmayacağı istiqamətində açıqlama verməyi tələb edib. Dövlət departamentinin rəsmisi Mübarəkdən bu açıqlamanın xalq qarşısına çıxaraq verilməsinin tələb olunduğunu bildirib.

“New York Times” qəzeti bu mesajın Hüsnü Mübarəyə ABŞ xüsusi nümayəndəsi Frenk Vizner vasitəsilə çatdırıldığını yazıb.

Qeyd edək ki, “Əl Ərəbiyyə” telekanalı da Hüsnü Mübarəyin çıxış edəcəyini, bu kanal vasitəsilə noyabrda keçiriləcək seçkidə namizəd olmayacağı istiqamətində fikir bəyan edəcəyini bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar