ABŞ İsrail əleyhinə qətnaməyə mane oldu
19 Fevral 2011 Şənbə 02:48
Birləşmiş Ştatlar 14 ölkənin yekdilliklə bəyəndiyi qətnamə layihəsinə veto qoydu
ABŞ BMT Təhlükəsizlik Şurasında İsrailin Fələstində yaşayış evlərinin tikintisini pisləyən qətnamə layihəsinə veto qoyub. “Reuters” agentliyinin məlumatına görə, Təhlükəsizlik Şurasının digər 14 üzvü qətnamənin mətnini dəstəkləyib. Lakin qurumun daimi üzvlərindən olan Birləşmiş Ştatlar öz səsi ilə qətnamənin qəbuluna mane olub.

ABŞ təmsilçiləri əvvəlcədən bəyan etmişdilər ki, bu qətnamənin BMT Təhlükəsizlik Şurasının müzakirəyə çıxarılması Fələstin-İsrail dialoqunun bərpası prosesini çətinləşdirir.

2010-cu ilin sentyabrında Birləşmiş Ştatlar Fələstin-İsrail sülh prosesini birbaşa danışıqlar formatına qaytarmağa nail olmuşdu. Lakin İordan çayının Qərb sahillərində yəhudi məskənlərinin salınmasına qoyulmuş 10 aylıq moratorium başa çatdı və bir neçə həftədən sonra danışıqlar yenidən pozuldu. Tərəflərin məskunlaşması məsələsindəki mövqelərini yaxınlaşdırmaq və onları danışıqlar masasına qaytarmaq cəhdləri uğur gətirmədi.

Dekabrın 8-də ABŞ İsrailin tikinti moratoriumunun uzadılmasına bir daha nail olmamaq barədə qərar qəbul edib. Lakin Fələstin hakimiyyəti bəyan edib ki, İordan çayının Qərb sahillərində və Şərqi Qüdsdə yəhudi məskənlərinin salınmasına son qoyulmasa, danışıqlara qayıtmayacaq. İsrail tərəfi ilə məskunlaşma məsələsini kənara qoymaq şərtilə Fələstinlə danışıqları davam etdirmək olar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar