ABŞ dünya üzre telefon zenglerinin dinlenildiyini etiraf edib
07 Dekabr 2013 Şənbə 10:31
Milli Tehlükesizlik Agentliyinin nümayendesi Vens Vayns bu fealiyyetin ABŞ prezidentinin fermanına uyğun olaraq heyata keçirildiyini bildirib.
ABŞ-ın Milli Tehlükesizlik Agentliyi dünya üzre mobil telefonları izlediyini tesdiq edib. ANS PRESS-in Rusiya metbuatına istinaden verdiyi xebere göre, agentlik bu zaman heç bir qanun pozuntusuna yol vermediyini bildirib.
Agentliyin resmi nümayendesi Vens Vayns dünya üzre melumatların toplanmasının ABŞ prezidentin xarici keşfiyyatla mübarize haqqında 12333 nömreli fermanına uyğun olaraq heyata keçirildiyini deyib.
Qeyd edek ki, ABŞ prezidenti Barak Obama telefonların dinlenilmesi qalmaqalına sebebinden Milli Tehlükesizlik Agentliyinin fealiyyeti ile bağlı tedbirler görmek niyyetinde olduğunu bildirib.
DOSTLARINLA PAYLAŞ: