ABŞ-da tornado tüğyan edir, 28 ölü ...
03 Mart 2012 Şənbə 11:56
Ölkədə tuğyan edən tornado can almaqda davam edir
Tornado qasırğası yenidən ABŞ-ı cənginə alıb. Artıq təbii hadisə ilə əlaqədar ölkənin İndiana, Kentukki və Ohayo ştatlarında 28 nəfər həlak olub. ABŞ Milli Meteroroloji xidmətinin rəhbəri Con Qordin bildirib ki, cümə axşamına olan məlumatlara görə ölkədə ən azı 6 tornado ocağı aşkar edilib.

Yerli mətbuat minlərlə evin işıqsız qaldğı haqda məlumat verir, ən çox İndiana ştatının ziyan çəkdiyi bildirilir. Həmin ştatda 15 nəfər ölüb, Kentukki ştatında isə 12 nəfər dünyasını dəyişib. Ölkədə fövqəladə vəziyyət elan edilib.

Tornado həmçinin Tenessii və Alabama ştatlarına da xəsarət yeridib.







DOSTLARINLA PAYLAŞ:

oyunlar