“ABŞ Bin Ladeni tuta da bilərdi”
03 May 2011 Çərşənbə Axşamı 00:18
Vəfa Qulizadə: “ABŞ-ın Şərqdə Bin Laden kimi obraza ehtiyacı olmayacaq”
Politolqoq Vəfa Qulizadə ANS TV-də "Nəzər nöqtəsi" verlişinin qonağı olub. O, "Əl-Qaidə" terror təşkilatının lideri Üsamə Bin Ladenin öldürülməsi ilə bağlı məlumtaları şərh edib.

- Bin Ladenin ölümü nəyi dəyişəcək?

- Üsamə Bin Ladenin peyda olmasından əvvəl dünyada təhlilçilər arasında belə bir fikir yayıld: Sovet İttifaqı çöküb, artıq Amerikanın qarşısında düşmən yoxdur. Amerikaya bir düşmən obrazı lazımdır. Bu nə olmalıdır? Belə bir fkir yarandı ki, indi artıq kommunizm və kapitalizm qarşıdurmasının əvəzinə kapitalizm və İslam qarşıdürması ortalığa çıxacaq. Üsamə Bin Laden də elə bu zamanlar bir terrorçu kimi peyda oldu. Əslində Bin Laden ABŞ-ın ən yaxın dostu, milyarder, Sovet İttifaqı Əfqanıstana girəndə orada tikinti biznesi ilə məşğul olan, ora külli-miqdarda silah-sursatla amerikalılara, mücahidlərə kömək edən bir adam idi. Sovetlərin yıxılmasında böyük ximətləri olan bir biznesmen olub. Bin Laden özü Səudiyyə Ərəbistanından olsa da, onun ailəsi Amerika prezidentlərinin ən yaxın dostları olub və indiyə qədər də bu dostluq davam edir.

- Sizcə ABŞ mərkəzi kəşfiyyat idarəsinin yetirməsi sonradan nəyə görə Amerikanın düşməni oldu?

- Birincisi, mən demək istərdim ki, Bin Laden olduqca varlı bir şəxsiyyət, eyni zamanda müsəlmandır, sələfilərdəndir və ABŞ-ın o vaxtlar Şərqdə apardığı siyasət populyar siyasət deyildi. Şərqlilərə, müsəlmanlara zülm edən, İsrailə dəstək olan bir siyasət idi. Bin Laden ona görə mbövqeyini dəyişib, ABŞ əleyhinə mübarizə apara bilərdi. Digər bir variant ondan ibarətdir ki, Bin Laden kimi görkəmli, ağıllı bir şəxsiyyət Amerika kəşfiyyatına lazım olub. Kəşfiyyat elə bir imic yarada bilərdi ki, həqiqətən də dünyada Amerikanın əleyhinə güclü bir təşkilat yaranıb. Bununla mübarizə aparmaq lazımdır.

Üsamə Bin Ladeni tutmaq üçün Amenrika Əfqanıstana girdi. 10 il onu orada tuta bilmədi. 10 ildən sonra ABŞ Bin ladeni raket zərbəsi ilə öldürdü. Amma elə yerdə öldürdülər ki, onu orada tuta da bilərdi. Çünki onların özlərinin verdiyi məlumatlara görə, bu şəhər bir turizm şəhərinə bənzəyir. Orada villaların birində Bin Laden sakit yaşayıb. Onu mühasirə edib, tutmaq da olardı. Amma hava hücumu ilə onu məhv etdi. İndi belə bir müzakirə gedir ki, ABŞ-a onu tutub ittiham etməkmi sərfəli idi, yoxsa öldürməkmi?

- Belə bir fikir var ki, Üsamə Bin Laden olmasaydı da, ABŞ belə bir obraz yaradacaqdı. Bundan sonra Sizcə ABŞ yeni bir fiqur tapacaq?

- Mən hesab edirəm ki, artıq Şərqdə zəmanə dəyişir. Bütün ərəb xalqalrı, Şərq xalqları Amerikaya nifrət edirdi.Amma indi baxın, Liviyada, digər ərəb ölkələrində ərəblər əllərində Amerika bayraqları ilə küçələrə çıxıblar. Amerika onlara diktatorlarla mübarizədə kömək edir. Amerika Şərq siyasətini dəyişib. Obama hakimiyyətə gələndə bəyan etdi ki, İslam dünyası ilə münasibətləri dəyişəcək. Düzdür, əvvəl inanan az idi, amma indi iananların sayı gündən-günə artır. Amerika bölgədəki diktatura rejimlərinə maneçilik törədir ki, öz xalqlarını yatırsınlar, öldürsünlər. Suriyadakı qətliamla bağlı da NATO və ABŞ yeni palanlar üzərində işləyir. Ona görə də ABŞ-ın Şərqdə Bin Laden kimi obraza ehtiyacı olmayacaq. Əsas mübarizə indi demokratiya uğrunda gedəcək. Amma Şərqdə demkoratik bir cəmiyyət qurmaq müşkül məsələdir. Ona görə də Amerika bu məsələ ilə uzun-uzadı məşğul olacaq və onların hamısı Amerikaya oriyentasiya edəcək, bölgədə Amerikayönümlü rejimlər qurulacaq.

- Sizcə Bin Ladenin ölümü terrorizm problemini həll etdimi?

- Terrorizm elə bir şeydir ki, bu həmişə olub və olacaq. Nə qədər ki, zülm və məzlumlar var, o qədər də terror olacaq. Eyni zamanda, nə qədər ki, dövlətlər bu terrordan öz xeyirlərinə istifadə etmək istəyəcəklər, özləri də həmin aktın arxasında dayanacaqlar. Hesab edirəm ki, böyük dövlətlər terrorun arxasında dayanmasalar, heç bir terror olmaz. Terrorçunu silahlandıran, maliyyələşdirən, ona məlumatlar verən kimlərdi?

- Sizcə Bin Laden doğrudanmı ölüb?

- Bilirsiz, bu çox müşkül məsələdir. Dəfəlrlə onun ölmüş şəklini yayıb, sonra təkzib ediblər. Ona görə də ehtimal etmək olar ki, Bin Laden ölməyib. O tamam başqa bir şəxsiyyətdir, biznesmendir. Oturub hansısa bir ölkədə normal həyatını yaşayır. Amma Bin Ladenin rolunu oynayan adam varmış və o, öldürülüb, ya ölməyib... Heç kim onun meyitini görməyib, heç bir televiziya onun meyitini göstərməyib. Elan ediblər ki, onun qəbri dənizdə olmalıdır. Nəyə görə? Çünki ərəb ölkələrində ona pərəstiş edənlər çoxdu, onun qəbrini ziyarətgaha çevirə bilərlər. Guya ki, onun DNK analizlərini çıxarıblar, artıq Bin Laden olduğu sübut edilib. Amma bu söz-söhbətlər olmasın deyə, yaxşı olardı ki, ABŞ onu Səddam Hüseyn kimi həbs edəydi, məhkəmə qarşısına çıxarıb xalqın gözü qarşısında edam edəydi.

- Sizcə nəyə görə, ABŞ bunu indiki anda elan etdi?

- Əgər bu imitasiyadırsa, artıq "Əl-Qaidə"nin əməllərini imitasiya etməyə vaxt sərf etməyə dəyməz. Çünki artıq Şərq aləmində vəziyyət dəyişib, başqa problemlər ortaya çıxıb. Artıq "Əl-Qaidə" özü də səsini çıxarmır. Bin Ladenin ölümü barədə də bəyanat verməyib. Üstəlik, ərəb aləmində belə bir şayiə gəzir ki, "Əl-Qaidə" Əfqanıstanda olduqca balaca bir təşkilat idi. Əfqanıstan ABŞ tətəfindən zəbt edildikdən sonra o heç nə oldu.

- Talilblər Bin Ladenin ölümü ilə bağlı ilk növbədə Pakistan prezidentindən sonra isə Amerikadan qisas alacaqlarını bildiriblər. Sizcə bu hadisə terror ehtimalını nə qədər artırır?

- 11 sentyabr hadisələrindən sonra da belə hədələr oldu ABŞ-a qarşı. Amma heç bir hadisə baş vermədi. Orda-burda xırda partlayışlar oldu, sonradan o da məlum oldu ki, "Əl-Qaidə" ilə heç bir əlaqəsi yoxdu. Ümumiyyətlə, artıq terrorun gələcəyi yoxdur. Terrorla heç bir siyasi məqsədi həyata keçirmək mümkün olmayıb, olan da deyil.



DOSTLARINLA PAYLAŞ:

oyunlar