Abdullah Gülün Azərbaycana səfəri başa çatdı
18 Avqust 2010 Çərşənbə 03:45
Zaqatala hava limanında qonağı baş nazirin müavini Abid Şərifov və xarici işlər nazirinin müavini Xələf Xələfov yola saldılar.
Türkiyə Prezidenti Abdullah Gülün Azərbaycana ikigünlük rəsmi səfəri avqustun 17-də başa çatıb. Zaqatala beynəlxalq hava limanında ali qonağı respublikamızın şimal-qərb bölgəsinə səfərdə müşayiət edən baş nazirin müavini Abid Şərifov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola saldılar.

İstanbul “Atatürk” hava limanında Abdullah Gülü İstanbul valisi Hüseyn Avni Mutlu, şəhər bələdiyyə sədri Kadir Topbaş və İstanbul polis idarəsinin rəisi Hüseyn Çapkın qarşılayıb.

Qeyd edək ki, Türkiyə prezidenti Abdullah Gül səfəri barədə jurnalistlərə məlumat verib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar