Gündəm

Abdulla Gül və Ərdoğan İlham Əliyevi təbrik etdi

İlham Əliyev ilk xarici səfərini yaxın zamanlarda Türkiyəyə edəcəyini bildirib.

· Xəbərçi
Abdulla Gül və Ərdoğan İlham Əliyevi təbrik etdi
Türkiyə prezidenti Abdulla Gül və baş nazir İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib. ANS PRESS-in “Anadolu” Agentliyinə istinadən məlumatına görə, İlham Əliyevlə telefonla danışan Türkiyə prezidenti ona təbriklərini çatdırıb.

İlham Əliyev təbrikə görə məmnun olduğunu bildirib, ilk xarici səfərini yaxın zamanlarda Türkiyəyə edəcəyini deyib.

Agentliyin məlumatına görə, Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti ilə telefonla danışan baş nazir təbriklərini çatdırıb, uğurlar arzulayıb.

Şərhlər