AB Transxəzər layihəsini Türkmənistan və Azərbaycana sırıyır
28 Oktyabr 2013 Bazar Ertəsi 17:36
Sergey Lavrov Transxəzər qaz kəməri layihəsinin imkanları haqqında danışıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Transxəzər qaz kəməri layihəsinin imkanları və hüquqi bazası üzrə danışıqlar prosesinə toxunub. ANS PRESS-in Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, nazir qeyd edib ki, Avropa Birliyi məsələnin Brüsseldə deyil, Xəzəryanı ölkələr tərəfindən həll olunmalı olduğunu unudur.
"Avropa Birliyi Transxəzər qaz kəməri layihəsini Türkmənistan və Azərbaycana sırıyır”, -deyə rusiyalı diplimat bidirib.
Xatırladaq ki, adıçəkilən layihə Azərbaycan ərazisi vasitəsilə Avropaya nəqli üçün Xəzərin Azərbaycan və Türkmənistan sahillərini birləşdirəcək. Tengiz (Qazaxıstan) - Türkmənbaşı (Türkmənistan) - Bakı (Azərbaycan) - Tiflis (Gürcüstan) - Ərzurum (Türkiyə) marşrutu ilə ildə 20-30 mlrd. kubmetr təbii qazın ixracı planlaşdırılır. Layihənin dəyəri 7,9 mlrd. avrodur.
DOSTLARINLA PAYLAŞ: