6 ayda 8 nəfər erməni gülləsindən ölüb
02 İyul 2013 Çərşənbə Axşamı 10:38
Təhlükəsizlik və müdafiə sektoru 6 ayda 51 itki verib.
Bu ilin ilk 6 ayı ərzində Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunun ümumi itkiləri 51 nəfər olub. “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzindən (JHAM) ANS PRESS-ə verilən məlumata görə, JHAM direktoru Cəsur Sümərinli ötən müddətdə 63 nəfərin yaralandığını qeyd edib.

Onun sözlərinə görə, müvafiq dövrdə dünyalarını dəyişənlərin 8-i döyüş (8 nəfər erməni gülləsi), 43-ü isə qeyri-döyüş itkiləridir. Bundan başqa C.Naxçıvanski adına hərbi listeyin kursantı da naməlum səbəbdən dünyasını dəyişib (hərbi qulluqçu statusuna malik olmadığına görə siyahıda ayrıca qeyd olunur).

6 nəfər bədbəxt hadisədən (suda boğulma, yıxılma, tank altında qalma, yanma, elektrik cərəyanı vurma), 9 nəfər avtoqəzadan, 3 nəfər vertolyot qəzasından, 2 nəfər naməlum səbəbdən, 1 nəfər ehtiyatsızlıqdan, 5 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 6 nəfər xəstəlikdən dünyasını dəyişib. 11 nəfər intihar edib. Dünyasını dəyişənlərin 40-ı Müdafiə Nazirliyinin, 2-i Dövlət Sərhəd Xidmətinin, 7-i Daxili Qoşunların, 1-i XDMI-nin, 1-i Fövqəladə Hallar Nazirliyinin (1 nəfər Naxçıvan FHN) hərbi qulluqçularıdır.

Yaralılara və xəsarət alanlara gəlincə onların 11-i qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 5-i intihara cəhddən, 3-ü mülki şəxslərlə davadan, 7-si erməni gülləsindən, 1 nəfər mina partlayışından, 4-ü bədbəxt hadisədən (liftin şaxtasına yıxılma, yanğın, partlayış və s.), 32-i isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar. 40 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 5 nəfər Dövlət Sərhəd Xidmətinin, 18 nəfər Daxili Qoşunların hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar