500 ton buzdan hazırlanan otel
02 Fevral 2010 Çərşənbə Axşamı 12:45
Kanadadakı 500 ton buzdan hazırlanan buz oteldə hətta kilsədə var.
Şimali Amerikanın ilk buz oteli qapılarını qeyri-adi istirahət etmək istəyənlərin üzünə açıb. Otel Kanadanın Quebek şəhərində yerləşir.
“Ice Hote” adlı məkan hər ilin yanvar ayında yenidən qurulandan sonra istifadəyə verilir. Otel aprel ayına kimi fəaliyyət göstərəcək.

Otelin hazırlanmasında 500 ton buz və 15 min ton qardan istifadə edilib. Burada 36 otaq var. Otaqların yalnız hamamları xüsusi sistemlə isidilir. Otelin divarları 1,2 metr qalınlığındadır. Mehmanxananın içərisində havanın temperaturu mənfi 23-27 dərəcə arasında dəyişir. Burada mebellər, boşqablar, stəkanlar və sairə avadanlıqların hamısı yalnız buzdan hazırlanıb.

Qeyd edək ki, oteldə toy üçün nəzərdə tutulmuş kiçik kilsə də yer alıb.
Oteldə bir gecə qalmaq üçün qiymətlər 332 dollardan başlayır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar