27 Oktyabr mitinqi ile elaqedar Milli Şuraya xeberdarlıq edilib
26 Oktyabr 2013 Şənbə 11:46
27 Oktyabr mitinqi ile elaqedar Milli Şuraya xeberdarlıq edilib. Demokratik Qüvvelerin Milli Şurası teşebbüs qrupu üzvlerine müraciet edildi.
Oktyabrın 27-de Bakıda icazeli mitinq keçirecek "Demokratik Qüvvelerin Milli Şurası" teşebbüs qrupu üzvlerine Bakı şeher prokurorluğu terefinden qanun pozuntusuna yol vermekden çekindirmek haqqında xeberdarlıq edilib.

Baş Prokurorluğun metbuat xidmetinden ANS PRESS-e verilen melumata göre, Bakı şeher prokurorunun müavini Fazil Heseneliyev Müsavat partiyasından Rasim emiraslanov ve AXCP-den Aydın eliyevi qanun pozuntusuna yol vermekden çekindirmek haqqında xeberlıq edib.

Mitinq teşkilatçılarına qanun pozuntusuna yol vermekden çekindirmek haqqında yazılı xeberdarlıqda deyilir: "Bakı şeher İcra Hakimiyyeti ile razılaşdırılmış erazide ve vaxtda toplantının keçirilmesi zamanı "Serbest toplaşmaq azadlığı haqqında" Azerbaycan Respublikası Qanununun teleblerine riayet olunmamaqla ictimai qaydanı pozmaqda ve hakimiyyet nümayendelerinin qanuni teleblerine tabe olmamaqda ifade olunan, ehalinin rahatlığını, idare, müessise ve teşkilatların normal fealiyyetini ve neqliyyatın işini pozan qanunsuz hereketlerin qarşısı qanunvericilikle müeyyen edilmiş qaydada alınmaqla, kütlevi aksiyanın teşkilatçılarından biri kimi Sizin haqqınızda qanunda nezerde tutulmuş müvafiq tesir tedbirleri görülecekdir".


DOSTLARINLA PAYLAŞ:

oyunlar