2010 eynək dəbi
13 İyul 2010 Çərşənbə Axşamı 12:40
2010-un eynək dəbi eleqant və zərif!
Bu yay irihəcmli, üzün yarı hissəsini tutan eynəklər dəbdədir. Eynəklərdəki dəbli tendensiya ölçüdür. Builki eynəklərdə dekor demək olar ki yoxdur, dekor rolunu rənglər yerinə yetirir. 50-ci illərdən Bridcit Bordo üslubundakı eynəklər, 80-ci illərdən isə dairəvi eynəklər yenidən dəbə qayıdıb.
Ölçü:
Demək olar ki, bütün dizaynerlər bu yay xanımlara 80-ci illərin iri linzalı eynəklərini təklif edirlər. Belə eynəkləri taxmağa cəsarəti olmayan xanımlara isə orta ölçülü eynəklər təqdim olunur. Bu halda çərçivənin rəngi vurğulanır. Bu yay xüsusilə kvadrat çərçivəli eynəklər dəbdədir. Məhz bu formanı bir çox dizaynerlər öz kolleksiyaları üçün seçiblər.
Şüşə:
Eynək dəbindən danışanda linzaların (şüşə) rəngi də nəzərdə tutulur. Mövsümün favoritləri yumru və kvadrat formalı şüşələrdir. Aviator və iynəcə formasındakı şüşələr dəbin zirvəsindədir. Dəbli şüşə çalarları isə sarı, yaşıl və qəhvəyidir. Şüşənin rəngi çərçivə ilə eyni rəngdə və ya tam əksi ola bilər. Mövsümün dəbli tendensiyası bir çalardan başqasına keçən şüşələrdir. Belə şüşələr göz üçün çox faydalıdır və baxışı daha gözəl və cəlbedici edir.
Şəffaf şüşə:
2010-cu ilin dəbli dizaynlarında şəffaflıq geniş yer alıb. Amma unutmayın ki, şəffaf şüşə gözü günəş şüasından qorumur, yalnız dekorativ funksiya daşıyaraq geyiminizi tamamlayır.
Dekor:
Dekora gəldikdə, müxtəlif forma və rənglərdə olan straz qaşlar yenə də dəbdədir. Amma budəfəki işləmələr daha sadə və az romantikdir.
Çərçivədən çıxma
1. Yumru eynəklər
Əvvəlki kimi "Con Lenon" üslubunda yumru eynəklər dəbdədir. Xüsusilə iri ölçüdə olan yumru eynəklər aktualdır. Belə eynəklər sifətin yarı hissəsini örtməlidir.
2. "Kəpənək" eynəklər
Bu yay bir az retro üslubunda "pişik göz" və ya "kəpənək" adlanan formalar çox dəbdədir. Belə eynəklər üzün quruluşunu nəzərəçarpacaq dərəcədə dəyişir.
3. Rəngli çərçivə
Əgər builki çərçivələrin rəngini ötən illərdəkilərlə müqayisə etsək, bu dəfə daha sakit çalarlar dəbdədir. 2010-cu ilin dəbli çərçivələri qara, qəhvəyi, həmçinin qırmızı, sarı, ağ və bozdur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: