20 Yanvar - məqamlar
19 Yanvar 2011 Çərşənbə 22:35
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verənlər barədə dənizçilər dünyanı xəbərdar etməyə çalışırdı.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verənlərə Xəzər dəniz Neft Donanmasının dənizçilərinin münasibəti faciənin miqyasını bildirmək və dünyanı bu barədə xəbərdar etmək cəhdi idi. Kapitanı olduğu “Kamsamolun 40 illiyi” gəmisi ilə Xəzər dənizində Bakı buxtasını bağlayan Kərəm Məmmədov həmin vaxt təşəbbüslə çıxış etdiklərini deyir.

Gəmilərin qarşısını almaq üçün Xəzər dəniz Neft Donanma İdarəsinin 100-dən artıq gəmisi Bakı buxtasına toplaşdı. Burada qərara alındı ki, hadisə nizamlı olaraq həyata keçirilsin. Bu məqsədlə də bir kapitanlar şurası yaradıldı. Kapitanların birgə fəaliyyəti öz nəticəsini verdi. Buxtanı mühasirəyə alıb heç bir başqa gəmiyə nə girməyə, nə də çıxmağa imkan verdilər. Mühasirəni yarıb çıxmaq istəyən gəmilərin qarşısı da böyük risklər bahasına da olsun alınıb.

1990-ci ildə gəmi kapitanı Rövşən Dəmirov bildirib ki, həmin vaxt gəminin projektorunu yandırıblar ki, gəmilər dayansın, bu nəticə verməyib: “Bunu gördükdə gəmini qarşıdakı həmin gəminin üstünə göndərdim. İstədim onu vurub saxlayım. Bundan sonra 5 gəmi bizi əhatəyə aldı və gülləbaran etməyə başladılar”.

Qəhrəman dənizçilər 20 Yanvar həqiqətlərinin dünyaya çıxarılmasında da əsas rolu oynadılar. SOS siqnallarıyla informasiya blokadasına alınan Bakıdan faciə və sovet ordusunun əməlləri ilə bağlı dünyaya car çəkdilər:
“1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu tərəfindən Azərbaycan ərazisinə müdaxilə olub. Bakının küçələrində, meydanlarında minlərlə silahsız dinc insanlar öldürülüb, yaralanıb və tanklar tərəfindən əzilib. İnsan hüquqları tapdalanıb. Azadlığı qiymətləndirən bütün Sivill dövlətlərə! kömək üçün çağırışımıza hay verin. Azərbaycan xalqının tökülən qanı köməyə çağırır. Moskva vaxtıyla 23.00-də Bakı buxtasında reyddə olan hərbi gəmi (bort nömrəsi 469) lövbərdə duran “Çələkən-1” mülki gəmisinə atəş açıb. Qantökmə davam edir”.

Artıq yanvarın 20-si bütün dünya Bakıda baş verənlərdən xəbərdar idi. Yanvarın 21-də 7 gəmi kapitanı Ali Sovetə dəvət olunur.

Mətin dənizçilərin iradəsinə təsir edə bilməyəcəyini görən sovet ordusunun Bakıdakı rəhbərliyi onlarla görüşür. Dmitri Yazov, admiral Sidorov, Tiqinyovla və şəhər komendant ilə aparılan danışıqlar bir nəticə verməsə də, artıq nəticə var idi. Hadisələrin üzərindən 21 il keçsə də, həmin gecəni həyacan siqnalı vəziyyətində keçirən və qəhrəmanlıq nümunəsi göstərən dənizçilər onların şücaətlərini qiymətləndirilməməsindən narazdılar. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar