Zurab Jvaniyanı kim öldürüb?
21 Mart 2014 Cümə 15:27
Gürcüstanda keçmiş baş nazir Zurab Jvaniyanın həlak olması ətrafında yeni qalmaqal yaranıb.
Gürcüstanda keçmiş baş nazir Zurab Jvaniyanın həlak olması ətrafında yeni qalmaqal yaranıb. ANS PRESS-in məlumatına görə, qalmaqala səbəb onun üçün hazırlanmış qısa videoçarx və ekspertiza zamanı keçmiş baş nazir, onunla birlikdə Gürcüstanın bölgələrindən birinin qubernator müavinin həlak olmuş meyitlərinin yarılması olub. Ölkə rəhbərliyində görə, bu kadrlar sübut edir ki, Jvaniya öldürülüb. Əvvəlki hakimiyyətin nümayəndələri isə iddia edirlər ki, onun ölümü bədbəxt hadisənin nəticəsi idi.
Onlarla gənc çarxla bağlı etirazını bildirmək üçün bu gün "Milli hərəkatın" ofisi qarşısında toplaşıb. Onların əllərində plakatlar və Zurab Jvaniyanın portretləri olub.
Bir dəqiqəlik videoçarx axşam saatlarında sosial şəbəkələrdə paylaşılıb. Böyük marağa səbəb olan videoda 11 fotoşəkil yer alıb. Videoda Zurab Jvaniya və Raul Yusupovun həlak olması, cəsədlərinin yarılması zamanı qeydə alınan fotolar görünür.
Kadrlarda keçmiş baş nazirin alt dodağının altında qırmızı işarələrlə yara olduğu, həmçinin onun ənsəsində əziklər olduğu görülür. Yusifovun isə sinəsində üç nöqtə görünür. Onun geyimi çox bulanıb. Həlak olanların qohumları da fotoların tam uyğunluğunu təsdiqləyiblər.
İrakli Qaribaşvili isə bildirib ki, bu faktlar demək olar heç bir şübhə yeri qoymur. O qeyd edib ki, doqquz ildir Jvaniyanın bədbəxt hadisə nəticəsində öldüyü haqda cəmiyyətə yalan məlumatlar verilib.
"Düşünürəm ki, bir çox proseslər sürətlənəcək. Mən ümid edirəm ki, prokurorluq araşdırmaları intensiv və səmərəli şəkildə davam etdirəcək. Çox tezliklə biz hamımız başa düşdük ki, müxalifət nə ilə məşğul olur. Youtube-də videoçarxı yerləşdirən anonim istifadəçi Jvaniyanın qatili kimi Mixail Saakaşvilini göstərib".
DOSTLARINLA PAYLAŞ: