Hakan Fidan namizədliyini geri götürdü
10 Mart 2015 Çərşənbə Axşamı 12:11
Türkiyə Milli İstihparat Təşkilatının sabiq rəhbəri Hakan Fidan namizədliyini geri götürdü, köhnə vəzifəsinə qayıtdı.
Türkiyə Milli İstihparat Təşkilatının sabiq rəhbəri Hakan Fidan deputatlığa namizədlikdən geri çəkilib.
ANS PRESS-in məlumatına görə, Hakan Fidan millət vəkilliyinə namizədliyini geri götürmək üçün hakim Ədalət və İnkişaf Partiyasına müraciət edib. O, yaydığı açıqlamada depuatlığa namizdliyə lüzum görmədiyini deyib:
"Ölkəmə və millətimə xidmət yolunda bu günə qədər olduğu kimi bundan sonra da mənə verilən hər vəzifəni layiqincə yerinə yetirmə üçün bütün səylərimi göstərəcəyəm. Buna görə də dəstək və etimadlarına görə, cənab prezidentə, baş nazirə və əziz millətimizə minnətdarlığımı bildirirəm".
Qeyd edək ki, Hakan Fidan bir müddət əvvəl gözlənilmədən MİT rəhbərliyindən istefa vermişdi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakan Fidandan istefa verdiyi üçün incidiyini açıqlamışdı.
Bu arada prezident Rəcəb Tayyib Ərdoğan başçılıq etdiyi Nazirlər Kabinetinin İclasından sonra hökumət sözçüsü Bülent Arınç verdiyi açıqlamada Hakan Fidanın təkrarən MİT rəhbərliyinə geri dönəcəyini deyib:
"Hörmətli baş nazirimiz Hakan Fidanı təkrarən MİT rəhbəri vəzifəsinə təyin etdi. Yaxında vəzifəsinə başlayacaq".
DOSTLARINLA PAYLAŞ: