Argentinada iki helikopter toqquşub, 10 ölü
10 Mart 2015 Çərşənbə Axşamı 11:42
Argentinada iki helikopter toqquşub. Həlak olanlardan 4 nəfərin fransız da olduğu bildirilir.
Argentinada iki helikopter toqquşub.

ANS PRESS-in məlumatına görə, Argentinanın şimalında yerləşən La-Rioxa əyalətində iki helikopterin bir-birinə dəyməsi nəticəsində 10 nəfər həlak olub.

Qəzaya uğrayan helikopterlər realiti şou çəkilişləri həyata keçirirmişlər.

Hələlik ölən şəxslərin kimliyi barədə məlumat verilməsə də həlak olanlardan 4 nəfərin fransız da olduğu bildirilir.

Qəza turistlərin maraq göstərdiyi bir ərazidə baş verib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar