Serj Sarkisyan Ramil Səfərovun azad olunması ilə bağlı Milli Təhlükəsizlik Şurasını çağırıb.
Ermənistan prezidenti Serj Sarkisyan Milli Təhlükəsizlik Şurasının fövqəladə toplantısını çağırıb. ANS PRESS-in “Armtoday”ə istinadən verdiyi məlumata görə, Ermənistan prezidentinin mətbuat xidmətindən bildiriblər ki, Sarkisyan toplantıya həmçinin BMT üzvü olan ölkələrin Ermənistanda akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərlərini dəvət edib.
Toplantıya həmçinin ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçilərinə də dəvət göndərilib.
Ehtimal olunur ki, toplantıda Macarıstanın Ramil Səfərovun Azərbaycana ekstradisiya edilməsi ilə bağlı yaranmış situasiya müzakirə ediləcək.