Ermənistanda bahalaşma başladı
03 Mart 2009 Çərşənbə Axşamı 19:20
İrəvanın bir sıra iri mağazalar şəbəkəsi isə qiymət siyasətini müəyyənləşdirmək üçün bir neçə saat ərzində satışı dayandırıb

Ermənistanda əsas tələbat mallarının qiymətləri bahalaşmağa başlayıb. ANS PRESS, «Armenia today» informasiya agentliyinə istinadən xəbər verir ki, İrəvandakı mağazalarda şəkər tozu və yağın qiymətində artım müşahidə olunur. Bundan başqa, benzin də bahalaşıb. Bir sıra iri mağazalar şəbəkəsi isə qiymət siyasətini müəyyənləşdirmək üçün bir neçə saat ərzində satışı dayandırıb.
Ermənistan iqtisadi rəqabətin müdafiəsi üzrə dövlət komitəsi isə yaranmış vəziyyətin qarşısının alınması üçün ölkə bazarına nəzarəti gücləndirmək qərarına gəlib. Monitorinqi aparılan malların sayı 25-dən 40-a qədər artırılıb. Nəzarət hər saat aparılacaq. Dövoət komitəsi təsərrüfat subyektlərinə müraciət edib ki, süni qiymət artımınav yol verməsinlər.
Xatırladaq ki, Ermənistanın Mərkəzi Bankı maliyyə bazarına müdaxilənin məhdudlaşdırılması barədə qərar qəbul edib. Ölkənin valyuta bazarında bir saat isə kəskin sıçrayış olub. Dolların məzənnəsi 307 dramdan 380 drama çatıb. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar