İsrail 5 fələstinli jurnalisti həbs etdi
10 Mart 2015 Çərşənbə Axşamı 12:15
İsrail "Qüds Media Mərkəzi"nə basqın təşkil edib. 5 fələstinli jurnalisti həbs edib.
İsrail 5 fələstinli jurnalisti həbs edib.

ANS PRESS-in məlumatına görə, İsrail təhlükəsizlik qüvvələri Ummul-Fəhmin şəhərində bir qeyri-hökumət təşkilatına etdiyi təşkil etdiyi basqında burada çalışan 5 fələstinli mətbuat nümayəndəsini də saxlayıb.

İsrail tərəfindən verilən açıqlamada bildirilir ki, "Qüds Media Mərkəzi" adlı qeyri-hökumət təşkilatında aparılan yoxlamalar zamanı təşkilatın kompüterləri və sənədləri araşdırlımaq üçün götürülüb. Həmçinin burada çalışan əməkdaşlar saxlanılıb.

İsrail Polisinin sözçüsü Luba es-Səmrinin sözlərinə görə, təşkilat terroru maliyyələşdirməkdə şübhəli bilinib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar