Dünyanın ən hündür zirvəsi olan Everestdə ilk azan oxunub
12 Avqust 2009 Çərşənbə 02:50
Alpinist Zəvman Allahın yaratdığı ən hündür zirvədə ilk azan oxumaq şərəfinə nail olduğu üçün özünü xoşbəxt hiss etdiyini bildirib

Dünyanın ən hündür zirvəsi olan Himalay dağ silsiləsindəki Everest (Comolunqma) zirvəsində ilk dəfə müqəddəs azan axunub. ANS PRESS-in məlumatına görə, bu azanı Səudiyyə Ərəbistanından olan alpinist Əz-Zəvman oxuyub. Zəvman həmçinin bu zirvədə ilk azan oxuyan insan ünvanına da sahib olub. „Ər-Rayə“ qəzetinə müsahibə verən Zəvman, Allahın yaratdığı ən hündür zirvədə ilk azan oxumaq şərəfinə nail olduğu üçün özünü xoşbəxt hiss etdiyini bildirib. S. Ərəbistandakı bir şirkətdə ictimaiyyətlə əlaqələr şöbəsində işləyən və alpinizmlə hobbi kimi məşğul olan Zəvman bu zirvəyə çıxmaq üçün il yarım hazırlaşdığını da deyib. O, bu zirvəyə azan oxumaq üçün çıxdığını da deyib.  /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar