Vətəndaşımız 7 ildir Quantanamo həbsxanasında
04 Mart 2009 Çərşənbə 10:55
Quantanamo həbsxanasında saxlanan azərbaycanlı məhbus Polad Siracovun hüquqlarını lisenziyalı vəkillərin rəhbərliyi altında Vaşinqton Amerika Universitetinin iki tələbəsi müdafiə edir.
Bu barədə APA-ya həmin hüquq müdafiəçilərindən biri məlumat verib. Onun sözlərinə görə, Polad Siracovun azadlığa buraxılması üçün cəhdləri davam etdirirlər: “Azərbaycan vətəndaşı olan Polad Siracov artıq 7 ildir Quantanamo həbsxanasında saxlanır. Ona qarşı hələ də ittiham irəli sürülməyib. Biz hökumətin Polad Siracovu nə üçün həbsxanada saxladığını aydınlaşdırmağa çalışırıq. Siracov əvvəlki tək azadlığa buraxılacağına ümid edir. Bizi həmkarımız olan hüquq elmləri professoru iki dəfə Quantanamoda Polad Siracova baş çəkib. O yaxşı təsir bağışlayır və əhval-ruhiyyəsi çox yaxşıdır. Uzun müddət həbsxanada saxlanmasına və ailəsi, dostları ilə əlaqələri olmadığına baxmayaraq Polad Siracov davranışı ilə bağlı hər hansı problem qeydə alınmayıb”.
Qeyd edək ki, ABŞ-ın azadlığa buraxmağa hazırlaşdığı 60 Quantanamo məhbusu arasında Polad Siracovun da adının olduğu bildirilir. Lakin bu şəxslər öz ölkələrində işgəncələrə və təqibə məruz qala biləcəkləri səbəbindən ABŞ onları repatriasiya etməkdən imtina edir. Bəzi Avropa ölkələri həmin məhbusları qəbul etməyə hazır olduğunu bildirsə də, bununla bağlı ABŞ-dan rəsmi sorğu daxil olmayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar