Moskvada sakitlik hökm sürür
11 Dekabr 2011 Bazar 15:44
ANS-in xüsusi müxbiri Moskvada elə də ciddi aksiyaların keçirilmədiyini deyir.
Rusiyada keçirilmiş parlament seçiklərinin nəticələri ilə razılaşmayanlar ötən gün Rusiyanın müxtəlif şəhərlərində keçirdikləri aksiya zamanı 100-yə yaxın etirazçı saxlanılıb.

Aksiya Rusiya sərhəddindən kənarlara da çıxıb. Dünyanın 20-yə yaxın şəhərində Rusiya müxalifətinə dəstək aksiyaları təşkil olunub. Aksiyalar bu gün də davam edib.


ANS-in Rusiyaya ezam olunmuş xüsusi müxbiri Ayaz Nizamioğlu isə bildirir ki, hazırda Rusiyanın paytaxtı Moskvada elə də ciddi aksiyalar keçirilmir: "Buna səbəb isə dünən keçirilən aksiyada növbəti aksiyanın keçiriləcəyi tarixin açıqlanmasıdır. Nümayişdə bildirilib ki, 2 həftədən sonra, yəni dekabrın 24-də müxalifət geniş izdihamla meydanlara çıxacaq. Müxalifəti dəstəkləyən etiraz aksiyaçılarının çoxluğu iqtidar nümayəndələrini də narahat edir".


DOSTLARINLA PAYLAŞ:

oyunlar