Zorladığı dul qadını küçədə bıçaqladı
25 Sentyabr 2013 Çərşənbə 17:48
Qadına 3 bıçaq zərbəsi vurub.
Türkiyədə qeyri-adi cinayət baş verib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 35 yaşlı Bülent O. Köhnə tanışı 32 yaşlı Esra T.-yə 3 bıçaq zərbəsi vurub.

Belə ki, Bülent O. ilə Esra T. çoxdan tanış olublar. 2 uşaq atası olan Bülent O. 1 övladı olan Esra T.-yə sevdiyini, onunla evlənmək istədiyini deyib. Lakin Esra T. bu təklifi qəbul etməyib. Bülent O. Buna əsəbləşib və cibindəki bıçağı çıxarıb və Esra T.-ə 3 yerdən bıçaqlayıb. Sonra isə hadisə yerindən qaçıb. Esra T. hadisə şahidlərinin köməkliyi ilə stolda oturub və təcili yardım həkimlərinin gəlməsini gözləyib.



Qeyd edək ki, Bülent O. Uzun zamandır Esra T.-ni təqib edib. Sonradan ondan əl çəkməyən Bülent O. dul olan Esra T.-nin yaşadığı evə gedib. Evə zorla girən Bülent O. onu zorlayıb. Lakin sonradan hansısa səbəbə görə, qadın bu barədə polisə şikayət etməyib. Sonradan bu hal dəfələrlə təkrarlanıb. Hətta Bülent O. arada Esra T.-ni döyürmüş.


DOSTLARINLA PAYLAŞ:

oyunlar