Zooparkdan qaçan kobranın “Twitter” mesajları
31 Mart 2011 Cümə Axşamı 05:59
“Aşağıda insanlar siçanar kimi görünür, ləzzətli kiçik siçanlar”
ABŞ Nyu York şəhərindəki “Bronx” zooparkından keçən həftə qaçan zəhərli kobranın adına sosial şəbəkə saytı “Twitter”də hesab yaradılıb. ANS PRESS “İhlas” agentliyinə istinadən xəbər verir ki, kobranın adına açılmış “BronxZoosCobra” adlı hesabın artıq 35 000 dəstəkçisi var. Hesabın yaradıcısı olan şəxsin yazdığı mesajlar isə şəhər sakinləri üzərində qorxu yaradır:

““Empire State” binasının üstü… Aşağıda insanlar siçanar kimi görünür. Ləzzətli kiçik siçanlar kimi”.

“Burda çox soyuq oldu. Artıq hərəkət etmək vaxtıdır. Baxın, evlərdən birinin pəncərəsi bir az aralıdır. Əla”.

Qeyd edək ki, “BronxZoosCobra” adlı hesabın kimə aid olduğu bilinmir. “Bronx” zooparkının rəsmiləri Misirdən gətirilmiş ilanın insanlardan uzaq bir yerdə gizləndiyini güman etdiklərini deyir, onu tapmağın çətin olacağını etiraf edirlər.

Zooparkda sürünənlərin olduğu hissənin isə müddətsiz olaraq fəaliyyəti dayandırılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar