Fransada zınqırov istehsalı zavodunun sexlərindən birində güclü partlayış baş verib. ANS PRESS-in “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində ən azı 46 nəfər xəsarət alıb.
Zavod Normandiyanın Vilde-le-Poel şəhərində yerləşir. Partlayış turist qrupunun sexi ziyarət edərkən baş verib.
Hadisənin təfərrüatı barədə məlumat verilmir. /ANS PRESS/