Zimbabve prezidenti doğum gününə 600 min dollar xərc çəkib
03 Mart 2013 Bazar 12:12
Halbuki əhalinin yarısının gündə ancaq bir dəfə yemək almağa imkanı çatır.
Zimbabve prezidenti Robert Muqabe doğum gününə 600 min dollar xərc çəkib. Onun bu təntənəli mərasiminə minlərlə qonaq dəvət olunub. 89 yaşını qeyd edən Robert Muqabe çəkisi 89 kq olan tort kəsib.

Yerli mətbuat isə yazır ki, Zimbabve prezidentinin doğum günü ərəfəsində Bindura şəhərinin mədən işçilərinə "qısa iş günü" elan edilib. Onlar şəhərin təmzilik işlərinə cəlb olunublar. BBC məlumat verir ki, prezidentin doğum günü münasibətilə xatirə qızıl pullar buraxılıb.

Hərçənd ölkədəki vəziyyətə görə isə əhalinin yarısının gündə ancaq bir dəfə yemək almağa imkanı çatır.
Robert Muqabe hökumətinin qəbul etdiyi yeni qanuna əsasən, ölkədəki xarici şirkətlər ancaq qaradərili şəxslərin nəzarətində ola bilər. Bu da öz növbəsində ölkə iqtisadiyyatına sillə kimi dəyib. Çünki nəticədə əcnəbi investisiyaların sayı durmadan azalıb.

Xatırladaq ki, 2009-cu ildə Robert Muqabe 85 illiyinə 350 min funt sterliq xərcləmişdi.





DOSTLARINLA PAYLAŞ:

oyunlar